Çempionlar Liqası

Tüxel'in komandası yenə "Real Madrid"lə qarşılaşacaq

20 mart 2022 - 20:00

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Turnirin son qalibi İngiltərənin "Çelsi" komandası ötən mövsüm mübarizədən kənarlaşdırdığı  "Real Madrid"lə bu dəfə 1/4 final mərhələsində üz-üzə gələcək. Favoritlər qismində göstərilən "Bavariya" "Yuventus"u mübarizədən kənarlaşdıran "Vilyareal"a rəqib olub. "Atletiko Madrid" bu mərhələdə "Mançester Siti" komandası ilə qarşılaşacaq. "Ayaks"ı sürpriz şəkildə məğlub edərək növbəti mərhələyə adlayan "Benfika" bu mərhələdə daha güclü rəqiblə İngiltərənin "Liverpul" komandası ilə oynayacaq. 

  • 20 mart 20:00
  • 136
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search