Çempionlar Liqası

Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələn komandalar müəyyənləşib

18 mart 2022 - 19:17

"Vanda Metropolitano"da "Mançester Yunayted" ilə 1:1 bərabərə qalan "Atletiko Madrid" cavab matçında rəqibinə minimal hesabla qalib gələrək növbəti mərhələyə adlayıb. Portuqaliyada "Benfika" ilə 2:2 hesabı ilə heç-heçə edən "Ayaks" cütün favoriti hesab olunmasına rəğmən cavab matçında 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. "Stemford Bric"də "Lill"ə iki cavabsız qolla qalib gələn turnirin son qalibi "Çelsi" səfər oyununda qələbə qazanıb. "Vilyareal"la səfərdə 1:1 hesablı heç-heçəyə razılaşan "Yuventus" gözlənilmədən doğma meydanda rəqibinə 0:3 hesabı ilə uduzub.

  • 18 mart 19:17
  • 157
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search