Ara transfer dönəmini hərəkətli keçirən "Nyukasl" yavaş-yavaş bunun bəhrəsini görməkdədir. "Sağsağanlar" 2022-ci ildə keçirdiyi 8 oyunun heç birində məğlub olmayaraq düşmə zolağından çıxmağı bacarıb. 28-ci turda "Sautgempton"un qonağı olan Eddi Houv'un yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. "Nyukasl"ın qollarını komandaya qış transfer pəncərəsində qoşulan Kris Vud və Bruno Gimaraynş imza atıb.
