"Çelsi" - "Liverpul" matçında qalib müəyyənləşmədi

03 yanvar 2022 - 21:36

21-ci turun mərkəzi matçında "Çelsi" və "Liverpul" komandaları üz-üzə gəldi. "Stemford Bric"də keçirilən görüşə qonaq komanda daha fəal başladı. Yuren Klopp'un çalışdırdığı "Liverpul" erkən qolla hesabda önə keçib. Sadio Mane rəqib komandanın müdafiədə yol verdiyi səhvdən maksimum yararlanıb. Oyunun 26-cı dəqiqəsində fərq iki topa çatıb. Bu dəfə cari çempionatın bombardiri Misir'li Məhəmməd Salah adını tabloya yazdırıb. 0:2 hesabı ilə geri düşməsinə rəğmən "Zədəganlar" təslim olmadı. Fasiləyə üç dəqiqə qalmış Mateo Kovaçiç mükəmməl zərbə ilə fərqi minimuma endirib. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə qapıçı ilə təkbətək qalan Kristian Pulişiç hesaba tarazlıq gətirib. İkinci hissədə hər iki tərəf bir neçə dəfə real qol imkanı əldə etsələrdə nə "Çelsi" nədəki "Liverpul" qələbə qolunu vurmağa müəssər olmayıb. Bu heç-heçə ilə hər iki komanda yarış cədvəlinin birinci pilləsində qərarlaşan "Mançester Siti"yə öz dırnaqarası tövhələrini veriblər. 

  • 03 yanvar 21:36
  • 50
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search