"Şəhərlilər" son saniyələrdə qələbəyə sevindi

01 yanvar 2022 - 21:27

İngiltərə çempionatının son qalibi və cari çempionatın lideri "Mançester Siti" səfərdə "Arsenal"ın qonağı olub. Görüşə yaxşı başlayan "Arsenal"  31-ci dəqiqədə gənc futbolçu Bukayo Saka'nın qolu sayəsində hesabda önə keçib. İlk hissədə qapılara başqa qol vurulmayıb. İkinci hissədə hücumlarının kəsərini artıran "Mançester Siti" 57-ci dəqiqədə penalti vurma imkanı əldə edib. Nöqtəyə yaxınlaşan Riyad Mahrez dəqiq oynayaraq hesabı bərabərləşdirib. Buraxılan qolun şokundan ayılmamış "Topçular" daha bir zərbə alıblar. Qabriel rəqib futbolçuya qarşı etdiyi kobud oyuna görə qarşısında ikinci sarı vərəqəni görərək meydandan qovulub. Matçın son saniyələrində "Şəhərlilər" qələbə qolunu vurmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Rodri rəqin komandanın müdafiədə yol verdiyi səhvdən maksimum yararlanıb. Bu qələbə sayəsində Pep Qvardiola'nın komandası xallarının sayını 53-ə çatdıraraq liderliklərini möhkəmlədiblər.

  • 01 yanvar 21:27
  • 68
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search