V
21-ci turdan təxirə salınan görüşdə "Atletik Bilbao"nun qonağı olan La Liqa'nın lideri "Real Madrid" Kərim Benzema'nın dublu sayəsində 2:1 hesabı ilə qələbə qazanıb. Qələbə sayəsində xallarının sayını 46-ya çatdıran "Kral Klubu" ən yaxın izləyicisi "Sevilya"dan 8 xal öndədir. Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən son ölkə çempionu "Atletiko Madrid" növbəti dəfə azarkeşlərini məyus edib. "Qranada" səfərinə yollanan paytaxt klubu evinə əliboş qayıdıb. Hərçənd Dieqo Simeone'nin komandası oyunun artıq 2-ci dəqiqəsində Portuqaliya'lı istedad Joao Feliks'in qoluyla hesabda önə keçmişdir. Lakin buraxılan qoldan sonra ruhdan düşməyən meydan sahibləri 17-ci dəqiqədə Darvin Maçis'in uzaq məsafədən vurduğu qolla hesabı bərabərləşdiriblər. İkinci hissədə hücumlarının kəsərini artıran "Qranada" 61-ci dəqiqədə hesabda irəli çıxmağada müvəffəq olub. Bu dəfə Xorxe Molina adını tabloya yazdırıb. Matçın qalan dəqiqələrində Dieqo Simeone'nin komandası çox çalışsada məğlubiyyətdən qaça bilməyib. Dördüncü turdan təxirə salınan "Vilyarreal" - "Alaves" görüşü 5:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. "Sevilya" - "Barselona" oyununda isə qalib müəyyən olunmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan bir xalla ayrılıblar.
Atletik Bilbao - Real Madrid 1:2
Qranada - Atletiko Madrid 2:1
Vilyareal - Alaves 5:2
Sevilya - Barselona 1:1