Baş məşqçi postuna Joze Mourinyo'nu gətirən "Roma" ilk transferini gerçəkləşdirib. Paytaxt klubu Portuqaliyalı mütəxəssisin həmyerlisi Rui Patrisiu'nu heyətinə qatıb. 11,5 milyon avro müqabilində "Vulverhempton"dan İtaliya təmsilçisinə transfer olunan qapıçı ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Rui Patrisiu yeni komandasında illik 2,7 milyon avro qazanacaq.