"Niderland" millisi son dəqiqə qoluyla qələbəyə sevindi

14 iyun 2021 - 15:51

Hollandiya - Ukrayna 3:1

"Hollandiya" yığması AVRO2020-də ilk matçını doğma meydanda "Ukrayna" millisinə qarşı keçirib. Fasiləyədək daha xoş təsir bağışlayan "Narıncılar" olsada qapılara qol vurulmadı. İkinci hissənin başlanğıcında bir neçə gün öncə "PSJ"yə keçidi rəsmiləşən Jorjinyo Veynaldum milli komandasını hesabda önə keçirdi. Buraxılan qolun şokundan ayılmamış Andrey Şevçenko'nun komandası Vout Veqhorst'un fərqlənməsinə mane ola bilmədi 2:0. Lakin ruhdan düşməyən "Ukrayna" futbolçuları 75-ci dəqiqədə Andrey Yarmolenkonun vurduğu baxımlı qol sayəsində fərqi bir topa çatdırdı. Cəmi dörd dəqiqə sonra Roman Yaremçuk başla dəqiq oynayaraq hesabı 2:2 etdi. Görüşün bu hesabla yekunlaşacağı gözlənilsədə 85-ci dəqiqədə Denzel Dumfris Georgiy Buşçan'ın qapısından üçüncü topu keçirərək komandasının qələbə qolunu vurdu.

  • 14 iyun 15:51
  • 241

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search