Beş güləşçimiz EYOF-un finalında

22 iyul 2019 - 13:48

SPORTTEAM/ Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir. İkinci yarış günündə 7 çəkidə (4 oğlan, 3 qız) mübarizə gedir.

Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türk həmkarına ilk hissədə qalib gəlib.

Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib. Bolqar rəqibini də məyus edən Sabir finala yüksəlib.

Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib. Belarus idmançısını da devirən Qurbanov finala vəsiqə qazanıb.

Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib. Belarus və İtaliyadan olan rəqiblərinə də qalib gələn Cəfərov finala yüksəlib.

Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb. İtaliyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Şirinova finala çıxan növbəti təmsilçimiz olub.

Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb.

Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib. Türkiyədən olan rəqibi üzərindəki minimalhesablı qələbə Sadıqovanı finala daşıyıb.

Qeyd edək ki, medal qarşılaşmaları saat 16:00-da başlayacaq.

Sərbəst güləş

48 kq
1/8 final: Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (RUS) 6:6*
Təsəlliverici görüş: Mircavad Nəbiyev - Şükrü Korpe (TUR) 10:0
Bürünc medal görüşü: Mircavad Nəbiyev - Tomas Fişer (SUİ)

60 kq
1/8 final: Sabir Cəfərov - Marsel Deli (HUN) 10:0
1/4 final: Sabir Cəfərov - Anatoli Xranika (BLR) 12:1
Yarımfinal: Sabir Cəfərov - İvan Stoyanov (BUL) 5:1
FİNAL: Sabir Cəfərov - Fyodor Baltuev (RUS)

Yunan-Roma güləşi

48 kq
1/8 final: Qurban Qurbanov - Kaçper Karaskieviç (POL) 8:0
1/4 final: Qurban Qurbanov - Emin Çakır (TUR) 10:0
Yarımfinal: Qurban Qurbanov - Maksim Stupakeviç (BLR) 5:0
FİNAL: Qurban Qurbanov - Xviça Abuladze (GEO)

60 kq
1/8 final: Həsrət Cəfərov - Donatas Rindeikis (LTU) 12:0
1/4 final: Həsrət Cəfərov - Mikita Muraşka (BLR) 13:5
Yarımfinal: Həsrət Cəfərov - Andrea Setti (İTA) 6:0
FİNAL: Həsrət Cəfərov - Maqomed Qiqiyev (RUS)

Qadın güləşi

46 kq
1/8 final: Gültəkin Şirinova - Jutta Ala-Ranta (FİN) 7:4
1/4 final: Gültəkin Şirinova - Tatyana Pertsava (BLR) 6:1
Yarımfinal: Gültəkin Şirinova - Fanni Viquro (FRA) 10:3
FİNAL: Gültəkin Şirinova - Georgiana-Lavinia Antuka (ROU)

49 kq
1/4 final: Lalə Mirzəyeva - Mihaela Samoil (MDA) 2:8

61 kq
1/8 final: Mərziyə Sadıqova - Manola Skobelska (UKR) 6:3
1/4 final: Mərziyə Sadıqova - Alina Kasabieva (RUS) *1:1
Yarımfinal: Mərziyə Sadıqova - Elmas Çelik (TUR) 1:0
FİNAL: Mərziyə Sadıqova - Aurora Russo (İTA) 

  • 22 iyul 13:48
  • 345

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search