Türkiyə Super Liqasının 34-cü turu məhsuldarlığı ilə yadda qalıb. Keçirilən 10 qarşılaşmada qapılara 33 qol vurulub. "Vodafon Park"da "Ankaragücü"nü qəbul edən "Beşiktaş" gözlənilmədən xal itkisinə məruz qalıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Səfərdə "İstanbul Başakşəhər"ə 2:1 hesabı iə qalib gələn "Fənərbağça" "Beşiktaş"la olan xal fərqini 2-yə endirib. Muhammet Akturoğlu'nun het-trik etdiyi görüşdə "Qalatasaray" Göztəpə"yə 3:1 hesabı ilə qalib gəlib. Sönük məcrəda keçən "Konyaspor" - "Kayserispor" oyununda qol səsi çıxmayıb. "Trabzonspor" evində "Hataspor"la bacarmayıb 1:1. Beş qolun vurulduğu "Antalyaspor" - "Rizespor" matçında qonaqlar 3:2 hesabı ilə qələbə qazanıblar. Eyni hesab "Gənclərbirliyi" - "Sivaspor" və "Denizlispor" - Erzurum" oyunlarında da qeydə alınıb. "Qaziantep" - "Kasımpaşa" görüşündə tərəflər hərəyə 2 dəfə fərqlənərək meydanı 1 xalla tərk ediblər. Linqani Hadebe'nin vurduğu qol "Yeni Malatya"ya "Alanyaspor" üzərində qələbə gətirib.
Göztəpə - Qalatasaray 1:3
Beşiktaş - Ankaragücü 2:2
İstanbul Başakşəhər - Fənərbağça 1:2
Yeni Malatya - Antalyaspor 1:0
Konyaspor - Kayserispor 0:0
Qaziantep - Kasımpaşa 2:2
Denizlispor - Erzurumspor 2:3
Gənclərbirliyi - Sivaspor 2:3
Antalyaspor - Rizespor 2:3
Trabzonspor - Hatayspor 1:0
PƏRVİN BAYRAMOV.