"Neftçi" "Qarabağ"la xal fərqi minimuma endirdi

19 aprel 2021 - 17:32

Ölkə çempionatında 23-cü turun qarşılaşmaları keçirilib. Turun açılış matçında "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəlib. Son illər ölkə çempionatında hegemonluq edən "Qarabağ" turu xal itkisi ilə başa vurub. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. "Baksell Arena"da "Zirə"ni qəbul edən "Neftçi" 4:0 hesabı ilə inamlı qələbə qazanıb. "Keşlə" - "Sabah" oyununda qol səsi çıxmayıb. Ayxan Abbasov'un çalışdırdığı "Sumqayıt" komandası doğma meydanda "Qəbələ"ni qəbul edib. İlk hissə meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçsədə qapılara qol vurulmayıb. İkinci hissədə hücumlarının kəsərini artıran "Kimyaçılar" 66-cı dəqiqdə Rəhim Sadıqov'un uzaq məsafədən vurduğu dəqiq zərbə sayəsində hesabı açıblar. Buraxılan qoldan 9 dəqiqə sonra "Sumqayıt" komandası rəqibin qapısından ikinci topu keçirib. Komandanın bombardiri milliləşdirilmiş İranlı futbolçu Əli Qurbani adını tabloya yazdırıb. Matçın qalan dəqiqələrində qapılara başqa qol vurulmayıb. Keçirilən 23 görüşdən sonra 47 xal toplayan "Qarabağ" yarış cədvəlinə başçılıq edir. Aktivində 46 xalı olan "Neftçi" ikincidir. 23 görüşdən sonra 32 xalı olan "Sumqayıt" və "Zirə" müvafiq olaraq üçüncü və dördüncü pillələri bölüşürlər. Bölgə təmsilçisi "Qəbələ" 24 xalla beşincidir. "Səbail" 21 xalla altıncıdır. Eyni xal toplayan "Sabah" yeddinci sıradadır. 20 xalı olan "Keşlə" isə sonuncu səkkinci mövqedə qərarlaşıb.

Neftçi - Zirə 4:0

Səbail - Qarabağ 1:1

Keşlə - Sabah 0:0

Sumqayıt - Qəbələ 2:0.

PƏRVİN BAYRAMOV.

  • 19 aprel 17:32
  • 167
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search