Emeri yarımfinalda keçmiş komandası ilə qarşılaşacaq

16 aprel 2021 - 17:55

 Avropa Liqasında yarımfinala yüksələn komandalar məlum olub. İki oyunun cəminə görə "Qranada"ya 4:0 hesabı qalib gələn "Mançester Yunayted" növbəti mərhələyə yüksəlib. İlk oyunda "Slaviya" ilə 1:1 bərabərə qalan "Arsenal" səfərdə Çexiya təmsilçisinin qapısından 4 cavabsız top keçirib. Xorvatiya'da "Dinamo Zaqreb"i minimal hesabla məğlub edən "Villareal" evində də rəqibini məğlubiyyətə uğradıb 2:1. Qarşılıqlı qolların qeydə alındığı "Roma" "Ayaks" matçında qalib müəyyən olunmayıb 1:1. İlk görüşdə 2:1 qələbə qazanan "Canavarlar" yarımfinala adlayan tərəf olub. Yarımfinalda "Mançester Yunayted" "Roma" ilə qarşılacaq. "Villareal" isə Unay Emeri'nin sabiq komandası "Arsenal"la üz-üzə gələcək.

Roma - Ayaks 1:1 ilk oyun 2:1

Mançester Yunayted - Qranada 2:0 ilk oyun 2:0

Slaviya - Arsenal 0:4 ilk oyun 1:1

Villareal - Dinamo Zaqreb 2:1 ilk oyun 1:0

PƏRVİN BAYRAMOV.

  • 16 aprel 17:55
  • 270
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search