UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri keçirilib

09 aprel 2021 - 19:06

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri keçirilib. Turnirin əsas favoritlərindən biri hesab olunan "Mançester Yunayted" səfərdə "Qranada" ilə qarşılaşıb. Hər hissədə rəqib qapısına bir dəfə yol tapan "Qırmızı Şeytanlar" meydandan 2:0 hesablı qalibiyyətlə ayrılıblar. Digər İngiltərə təmsilçisi "Arsenal" isə azarkeşlərini sevindirə bilməyib. Doğma meydanda Çexiya'nın "Slaviya" komandasını qəbul edən "Topçular" heç-heçə ilə kifayətləniblər. Görüş 1:1 hesabı ilə tamamlanıb. Ölkəsinin öncül klublarından sayılan "Ayaks" evində qəbul etdiyi "Roma" ilə görüşdə hesabda öndə olmasına rəğmən ikinci hissədə buraxdığı iki qolla məğlubiyyətlə barışmalı olub. "Dinamo Zaqreb" - "Villareal" görüşü isə Unay Emeri'nin öyrəncilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

  • 09 aprel 19:06
  • 328
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search