Darren Fletçer yenidən "Mançester Yunayted"ə xidmət edəcək. 37 yaşlı sabiq yarımmüdafiəçi "Mançester Yunayted"də əsas komanda ilə klubun akademiyası arasında əlaqələndiricilik funksiyasını icra edəcək. Onun vəzifələrinə uzunmüddətli prosesdə oyunçuların inkişafında rol oynamaq da daxil olacaq.