"Qırmızı Şeytanlar" son dəqiqələrdə qələbəni əldən verdi

12 mart 2021 - 21:23

Avropa Liqasının 1 /16 final mərhələsində ilk görüşlər keçirilib. "Mançester Yunayted" "Old Trafford"da adlı-sanlı "Milan"ı qəbul edib. Görüşün sonuncu dəqiqəsində qapısında qol görən "Qırmızı Şeytanlar" qələbəni əldən verib 1:1. "Dinamo Kiyev" evində "Vilyarreal"ı qəbul edib. Oyun 2:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Hollandiyanın top klublarından olan "Ayaks" evində "Yanq Boys"un qapısından üç cavabsız top keçirərək cavab matçına böyük üstünlüklə yollanacaq. "Slaviya Praqa" - "Qlazqo Reyncers" matçında qalib müəyyən olunmayıb 1:1. "Olimpiakos" - "Arsenal" görüşündə İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınıb. 1 /32 final mərhələsində  "Hoffenhaym"ı iki oyunun cəminə görə mübarizədən kənarlaşdırmaqla diqqətləri öz üzərinə çəkən "Norveç"in "Mölde" komandası 1 /16 final mərhələsinin ilk matçında səfərdə "Qranada"ya 0:2 hesabı ilə uduzub. Joze Maurinyo'nun çalışdırdığı "Tottenhem" doğma meydanda "Dinamo Zaqreb"ə 2:0 hesabı ilə qalib gəlib. "Roma" - "Şaxtyor" görüşü Paulo Fonseka'nın öyrəncilərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

  • 12 mart 21:23
  • 288
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search