Samir Abasov'un gəlişindən sonra inamlı təsir bağışlayan "Neftçi" "Baksell Arena"da "Keşlə"ni qəbul edib. Oyuna fəal başlayan meydan sahiblàri erkàn qolla hesabda önə çıxıblar. Namiq Ələsgərov adını tabloya yazdıran futbolçu olub. Oyunun 19-cu dəqiqəsində fərq iki topa çatıb. Gənc futbolçu Ömər Buludov fərqlənib. Fasilədən sonrada təşəbbüsü əldən verməyən "Neftçi" 64-cü dəqiqədə Namiq Ələsgərov'un penaltidən vurduğu qolla "Keşlə"ni üçüncü dəfə meydanın mərkəzinə dəvət edib.. Sona 9 dəqiqə qalmış fərqlənən Azər Salahlı hesab arasındakı fərqi iki topa endirib. Matçın qalan dəqiqələrində qapılara başqa qol vurulmayıb. 3:1 hesabı ilə qələbə qazanan "Neftşi" keçirdiyi 19 görüşdən sonra xallarının sayını 39-a çatdıraraq yarış cədvəlindəki liderliyi davam etdirib.
PƏRVİN BAYRAMOV.