"Qarabağ" və "Neftçi" növbəti qələbələrini qazanıblar

05 mart 2021 - 11:04

Ölkə çempionatında 18-ci turun oyunları keçirilib. Turun açılış matçında "Səbail" və "Keşlə" komandaları qarşı-qarşıya gəlib. İlk hissədə hər iki tərəfin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. Fasilədən sonra hərəyə bir qol vuran komandalar meydandan bir xalla ayrılıblar. "Qarabağ" doğma meydanda "Qəbələ"nin qapısndan üç cavabsız top keçirib. Qeyd edək ki, bu görüşdə "Qarabağ"ın futbolçusu Filip Ozobiç sabiq komandasının qapısından iki top keçirib. "Sumqayıt" - "Zirə" matçında qol səsi çıxmayıb. "Neftçi" "Baksell Arena"da sonuncu pillədə qərarlaşan "Sabah"ı qəbul edib. 45-ci dəqiqə fərqlənən Namiq Ələsgərov meydan sahiblərini hesabda önə çıxarıb. Fasilədən sonrada təşəbbüsü əldən verməyən ağ-qaralar 64-cü dəqiqədə ikinci qolu vurublar. Mirabdulla Abbasov qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Sonuncu dəqiqədə penalti zərbəsini dəqiqi yerinə yetirən Təmkin Xəlilzadə komandasının təsəlli qoluna imza atıb. 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" "Qarabağ"la şərikli liderliyini davam etdirir.

Səbail - Keşlə 1:1

Qarabağ - Qəbələ 3:0

Sumqayıt - Zirə 0:0

Neftçi - Sabah 2:1.

PƏRVİN BAYRAMOV.

  • 05 mart 11:04
  • 197

Digər xəbərlər

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search