Cim-Bom Ölkə Kubokunun 1/4 final mərhləsində mübarizəni dayandırıb

11 fevral 2021 - 10:06

"Qalatasaray" Ölkə Kubokunun 1/4 final mərhələsində "Alanyaspor" komandası ilə qarşılaşıb. Sarı- qırmızılar görüşə fəal başlasalar da hesabı qonaq komanda açıb. Kuma Babakar 30-cu dəqiqədə adını tabloya yazdıran futbolçu olub. Fasiləyə dörd dəqiqə qalmış Salih Uçan ikinci topu Fernando Muslera'nın qoruduğu qapıdan keçirib. İkinci hissənin başlanğıcında penalti zərbəsini dəqiq yerinə yetirən Kuma Babakar dublunu rəsmiləşdirib 0:3. Hücumlarının kəsərini artran Fatih Terim'in öyrənciləri yalnız 83-cü dəqiqə hesab arasındakı fərqqi iki topa çatdırıb. Yeni transfer Mustafa Muhamed fərqlənərək komandasını ümidləndirib. 90-cı dəqiqədə "Benfika"dan icarəyə götürülən Jedson Fernandes fərqi minimuma endirsə də "Qalatasaray"ın bundan artığına gücü yetməyib. Belliklə 2:3 hesabı ilə məğlub olan İstanbul təmsilçisi Ölkə Kubokunda mübarizəni erkən dayandırmaq məcburiyyətində qalıb. 

PƏRVİN BAYRAMOV.

  • 11 fevral 10:06
  • 344
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search