"Neftçi" PFK-da seleksiya şöbəsi yaradılıb. Rəhbərliyin qərarına əsasən bu şöbə əsas komanda ilə yanaşı aşağı yaş qrupları üçündə istedadlı futbolçuların tapılıb üzə çıxarılması eləcədə komandaların formalaşdırılmasını daha efffektli şəkildə həyata keçirməkdən ötrü işlər görəcək. Seleksiya şöbəsində veteran futbolçular İqor Getman və Vadar Nuriyev yer alıblar. Qeyd edək ki, İqor Gteman'la və Vadar Nuriyev keçən ilin noyabrınadək "Neftçi"nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.