"Fənərbağça" Türkiyə Kubokunun 1/4 final mərhələsində "İstanbul Başakşəhər" komandası ilə qarşı-qarşıya gəlib. İlk hissədə nisbi üstünlüyə malik olan "İstanbul Başakşəhər" 42-ci dəqiqədə Junior Fernandes'in dəqiq zərbəsi ilə hesabda önə çıxıb. Hissənin tamamında "Fənərbağça"nın mərkəz müdafiəçisi Mauritsio Lemos birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalmasına rəğmən "Sarı Lacivert"lilər Ener Valensiya'nın qolu sayəsində hesabı bərabərləşdiriblər. Görüş 1:1 hesabı ilə tamamlandığından əlavə 30 dəqiqəyə ehtiyac duyulub. 96-cı dəqiqədə fərqlənən Fredrik Qubrandsen "İstanbul Başakşəhər"i yarımfinala yüksəldən qola imza atıb.