"Atletiko Madrid" doğma meydanda xal itirib

09 fevral 2021 - 12:33

Çempionatın lideri "Atletiko Madrid" evində "Selta"nı qəbul edib. Oyuna aktiv başlayan qonaq komanda 13-cü dəqiqədə Santi Mina'nın dəqiq baş zərbəsi ilə hesabda önə çıxıb 0:1. Hissənin tamamında Luis Suarez fərqlənənək tarazlığı bərpa edib. Görüşün 50-ci dəqiqəsində meydan sahibləri Luis Suarez'in qolu sayəsində 2:1 önə keçiblər. Qeyd edək ki, bu Uruqvay'lı forvardın bu mövsüm La Liqada vurduğu 16-cı qol olub. Matçın bitiminə bir dəqiqə qalmış Fakundo Fereyra komandasını məğlubiyyətdən xilas edib 2:2.

PƏRVİN BAYRAMOV.

  • 09 fevral 12:33
  • 339

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search