Türkiyə Superliqasında ikihakimiyyətlilik davam edir

16 iyun 2020 - 14:10

Üç aylıq fasilədən sonra bərpa olunan Türkiyə Superliqasında 27-ci turun qarşılaşmaları keçirilib. Tura cümə günü iki görüşlə start verilib. "Göztəpə" evində "Trabzonspor" komandası ilə qarşılaşıb. Matç 3:1 hesabı ilə qonaq "Trabzonspor"un xeyrinə başa çatıb. Cümə gününün digər matçında "Fənərbağça" və "Kayserispor" komandaları qarşı-qarşıya gəliblər. Görüşün favoriti hesab olunan meydan sahibləri 13-cü dəqiqədə meydanda azlıqda qalıblar. Ozan Tufan rəqib futbolçuya qarşı etdiyi kobudluğa görə qarşısında qırmızı vərəqə görərək komandasını azlıqda qoyub. Meydanda rəqibindən bir oyunçu az olan "Fənərbağça" 59-cu dəqiqədə qapısında qol görüb. Mesbah cəribə zərbəsindən mükəmməl qol vurub. Buraxılan qoldan sonra ruhdan düşməyən sarı-lacivertlilər 87-ci dəqiqədə Muriginin penalti qoluyla öncə hesabı bərabərləşdirdi 88*ci dəqiqədə isə Luis Qustavonun uzaq məsafədən vurduğu baxımlı qol sayəsində matçdan qalib aryılan tərəf olub. Son çempion "Qalatasaray" Rize səfərdindən 0:2 hesablı məğlubiyyətlə qayıdıb. "İstanbul Başakşəhər" - "Alanyaspor" matçı meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə tamamlanıb. Qaziantep - "Ankaragücü" oyununda qalib müəyyən olunmayıb 1:1. "Yeni Malatyaspor" - "Kasımpaşa" görüşü 2:1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. "Beşiktaş" evində gözlənilmədən "Antalyaspor"a 1:2 hesabı ilə uduzub. Üç qolun vurulduğu "Gənclərbirliyi" - "Kasımpaşa" matçında "Kasımpaşa" komandası 2:1 hesabı ilə qələbə qazanıb. Tura "Sivasspor" - "Denizlispor" görüşündə qapılara bir qol vurulub. Fasiləyə əlavə olunmuş dəqiqələrdə Yatabare dəqiq zərbə ilə "Sivasspor" komandasına vacib 3 xal qazandırıb. Qeydə alınan nəticələrdən sonra "Trabzonspor" və "İstanbul Başakşəhər" klubları yarış cədvəlində ilk pilləni bölüşdürürlər. Aktivində 52 xalı olan "Sivasspor" komandası üçüncüdür. Keçirdiyi 27 görüşdən sonra 50 xal toplayan "Qalatasaray" dördüncü pillədə qərarlaşıb. 

Fənərbağça - Kayserispor 2:1

Göztəpə - Trabzonspor 1:3

İstanbul Başakşəhər - Alanyaspor 2:0

 Beşiktaş - Antalyaspor 1:2

Yeni Malatyaspor - Kasımpaşa 1:2

Gənclərbirliyi - Konyaspor 2:1

Çaykur Rizespor - Qalatasaray 2:0

Qaziantep - Ankaragücü 1:1

Sivasspor - Denizlispor 1:0

PƏRVİN BAYRAMOV.

 

  • 16 iyun 14:10
  • 423

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search