"Bavariya" qarşısıalınmazdır!

15 iyun 2020 - 14:08

Almaniya Bundesliqasında 31-ci turun görüşləri keçirilib. Yarış cədvəlinə başçılıq edən "Bavariya" qələbələri sıralamağa davam edir. Münhen təmsilçisinin bu dəfəki qurbanı "Borussia Münhenqladbax" komandası olub.2:1 hesabı ilə qalib gələn Hans-Diter Flik'in yetirmələri bu qələbə sayəsində xallarının sayını 73-ə çatdıraraq çempionluq yolunda önəmli addım atmış oldu. İkinci sırada qərarlaşan "Borussia Dortmund" komandası səfərdə "Fortuna Düsseldorf"un qonağı olub. Erlinq Holand'ın görüşün sonuncu dəqiqəsində başla vurduğu qol sarı-qaralara vacib üç xal gətirib. Uğursuzluq zolağında olan "Şalke" komandası bu turda da azarkeşlərini sevindirə bilməyib. Doğma meydanda Leverkuzenin "Bayer" komandasını qəbul edən "Şalke" rəqibi ilə 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olub. 6 qolun vurulduğu "Paderborn" - "Verder" matçında qonaq komanda 5:1 hesabı ilə qələbə qazanıb. İddialı "Leypziq" səfərdə "Hoffenhaym" komandasını Olmo'nun dublu sayəsində 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Volfsburq" - "Frayburq" görüşü məhsuldar heç-heşə ilə yekunlaşıb 2:2. Pandemiyadan sonra bərpa olunan Bundesliqada uöurlu nəticələr qazanan "Herta" gğzlənilmədən evində "Ayntraxt"a acınacaqlı hesabla uduzub 1:4. "Köln" - "Union Berlin" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə sonuclanıb. "Mayntz" evində "Auqsburq"la bacarmayıb 0:1. Qeydə alınan nəticələrdən sonra "Bavariya" 73 xalla yarış cədvəlinə inamla başçılıq edir. Aktivində 66 xalı olan "Borussia Dortmund" ikinci sırada qərarlaşıb. "Borussia Drtmunddan" 4 xal az toplayan "Leypziq 62 xalla üçüncdür.

Bavariya - Borussia Münhenqladbax 2:1

Fortuna Düsseldorf - Borussia Dortmund 0:1  

Şalke - Bayer 1:1

Herta - Ayntraxt 1:4

Mayntz - Auqsburq 0:1

Paderborn - Verder 1:5

Köln - Unio Berlin 1:2

Hoffenhaym -- Leypziq 0:2

Volfsburq - Frayburq 2:2

  • 15 iyun 14:08
  • 441

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search