La liqa 28-ci tur

15 iyun 2020 - 13:08

İspaniya çempionatında 28-ci turun qarşılaşmaları keçirilib. Tura cümə günü "Sevilya" - "Betis" oyunu ilə start verilib. Görüş 2:0 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb. Çempionatın lideri "Barselona" gözlənildiyi kimi çətinlik çəkmədən səfərdə "Malyorka" komandasına 4:0 hesabı ilə qalib gəlib. Bu tur həmçinin Valensiya derbisi ilə yadda qalıb. Şəhərin eyni adlı komandası doğma meydanda "Levante" komandasını qəbul edib. Sönük məcrəda keçən ilk hissədə qapılara qol vurulmayıb. Matçın sonuna bir dəqiqə qalmış Rodriqo "Yarasalar"ı hesabda önə çıxarıb 1:0. Lakin oyuna əlavə olunmuş dəqiqələrdə hakim "Valensiya"nın qapısına penalti təyin edib. Nöqtəyə yaxınlaşan Melero dəqiq oynayaraq komandasını məğlubiyyətdən xilas edib. Qeyri-stabil çıxış edən "Atletiko Madrid" Atletik Bilbao" ilə qarşılaşmada xal itkisinə məruz qalıb. Görüş 1:1 hesabı ilə bərabərə sonuclanıb. "Real Madrid" evində "Eybar" komandasını qəbul edib. Oyun 3:1 hesabı ilə Kral klubunun xeyrinə yekunlaşıb. "Villareal" səfərdə "Selta"dan güclü olub. "Leqanes" - "Valyodolid" matçı da qonaq komandanın qələbəsi ilə başa çatıb 2:1. Bu mövsüm uğurlu çıxışı ilə yadda qalan "Xetafe" səfərdə "Qranada"ya minimal hesabla uduzub 2:1. "Espanyol" - "Alaves" görüşündə sevinən tərəf meydan sahibləri olub 2:0.

Qranada - Xetafe 2:1

Sevilya - Betis 2:0

Valensiya - Levante 1:1

Malyorka - Barselona 0:4

Leqanes - Valyodolid 1:2

Espanyol - Alaves 2:0

Selta - Villareal 0:1

Atletik Bilbao - Atletiko Madrid 1:1

Real Madrid - Eybar 3:1

Real Sosyedad - Osasuna 1:1.

PƏRVİN BAYRAMOV.

  • 15 iyun 13:08
  • 164
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search