Almaniya Kubokunda yarımfinal mərhələsinin görüşləri keçirilib. Uğurlu nəticələrlə diqqətləri öz üzərinə cəlb etməyi bacaran Regional Liqada çıxış edən "Saarbükken" komandası bu mərhələdə "Bayer Leverkuzen"lə qarşı-qarşıya gəlib. Oyuna favorit qismində çıxan Piter Boş'un komandası onlara bəslənən ümidləri doğruldublar. 3:0 hesabı ilə inamlı qələbə qazanan "Bayer Leverkuzen" final matçında "Bavariya" komandası ilə üz-üzə gələcək.