"Bavariya" çempionluğa doğru inamla addımlayır

08 iyun 2020 - 16:01

Almaniya çempionatı sona yaxınlaşmaq üzrədir. 34 turdan ibarət Bundesliqa'da 30-cu turun oyunları keçirilib. Son illərin dəyişilməz çempionu "Bavariya" növbəti çempionluğuna doğru inamla addımlayır. Pandemiyadan sonra bərpa olunan çempionatda ardıcıl qələbələri sıralayan Münhen təmsilçisinin bu dəfə ki qurbanı Bayer Leverkuzen" komandası olub. Görüş 4:2 hesabı ilə Diter-Hans Flik'in komandasının inamlı qələbəsi ilə yekunlaşıb. "Borussia Dortmund" evində "Herta"nı Emre Can'ın vurduğu yeganə qol sayəsində məğlubiyyətə uğradıb. "Leypziq" doğma meydanda gözlənilədən "Paderborn" komandası ilə 1:1 bərabərə qalıb. "Volfsburq" səfərdə "Verder"ə Veqhorst'un qolu sayəsində 1:0 hesabı qalib gəlib. Dörd qolun vurulduğu "Fortuna Düsseldorf" - "Hoffenhaym" matçında qalib müəyyən edilməyib 2:2. Ötən tur səfərdə "Verder"in qapısından 3 cavabsız top keçirən "Ayntraxt" komandası bu tur doğma meydanda "Mayntz"la bacarmayıb 0:2. Uğursuzluq zolağında olan "Şalke" bu turda da azarkeşlərini sevindirə bilməyib. "Union Berlin" komandasının qonağı olan Helzenkirhen təmsilçisi rəqibi ilə 1:1 hesablı heç-heçəyə nail olub. "Frayburq" - "Borussia Münhenqladbax" matçının taleyini 1 qol həll edib. Nils Petersen'in 58-ci dəqiqədə vurduğu yeganə qol sayəsində meydan sahibləri görüşdən qalib ayrılıblar. Turun bağlanış matçında "Auqsburq" - "Köln" matçı 1:1 hesabı ilə bərabərə sonuclanıb.

Frayburq - Borussia Münhenqladbax 1:0

Bayer Leverkuzen - Bavariya 2:4

Ayntraxt - Mayntz 0:2

Fortuna Düsseldorf - Hoffenhaym 2:2

Verder - Volfsburq 0:1

Leypziq - Paderborn 1:1

Borussia Dortmund - Herta 1:0

Auqsburq - Köln 1:1

Union Berlin - Şalke 1:1

Pərvin Bayramov.

  • 08 iyun 16:01
  • 302

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search