Almaniya çempionatında 29-cu turun oyunlarına yekun vurulub

02 iyun 2020 - 22:06

Bundesliqada 29-cu turun görüşləri keçirilib. Tura "Frayburq" - "Bayer Leverkuzen" matçı ilə start verilib. Tərəflər fasiləyə qolsuz bərabrliklə yollanıblar. Kay Havertz'in 54-cü dəqiqəsində vurduğu qol görüşdə vurulan yeganə qol olub. Vacib 3 xal qazanan Leverkuzen təmsilçisi xallarının sayını 56-ya çatdırıb. Çempionatın lideri "Bavariya" gözlənildiyi kimi çətinlik çəkmədən "Fortuna Düsseldorf" komandasına asanlıqla qalib gəlib 5:0. İkinci mövqedə qərarlaşan "Borussia Dortmund" komandası da turu 3 xalla başa vurub. "Paderborn" komandasının qonağı olan Lüsyen Favr'ın komandası rəqibini 6:1 hesabı ilə darmadağın edib.  Qeyd edək ki sarı-qaraların heyətində Sanço het-trikə imza atıb. Bu İngiltərə'li yarımmüdafiəçisinin cari çempionatda vurduğu 17-ci qol olub. Pandemiyadan sonra xoş təsir bağışlayan paytaxtın "Herta" komandası doğma meydanda "Auqsburq"u 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Mayntz" - "Hoffenhaym" matçında qonaq komanda 1:0 hesabı ilə qələbə qazanıb. Ötən tur "Bayer"ə səfərdə böyükhesabla qalib gələn "Volfsburq" evində "Ayntraxt"a 1:2 hesabı ilə uduzub. Ardıcıl 10 görüşdü qələbə üzünə həsrən qalan "Şalke" bu turda da azarkeşlərini sevindirə bilməyib. Doğma meydanda autsayder "Verder"i qəbul edən David Vaqner'in yetirmələri meydanı minimal hesablı məğlubiyyətlə tərk ediblər 0:1. Tura "Köln" - "Leypziq" qarşılaşması ilə yekun vurulub. Matça fəal başlayan meydan sahibləri 7-ci dəqiqədə Con Kordoba'nın vurduğu qol sayəsində hesabda önə çıxıb. Lakin meydan sahiblərinin sevinci çox çəkməyib. Buraxılan qoldan cəmi 13 dəqiqə sonra başla dəqiq oynayan Patrik Şik hesaba tarazlıq gətirib. Fasiləyə yeddi dəqiqə qalmış Konrad Laymer'dən dəqiq ötürmə alan Kristofer Nkunku qonaq komandanı ilk dəfə hesabda önə çıxarıb. Tərəflər fasiləyə "Leypziq"in minimal hesablı üstünlüyü ilə yollanıbar. İkinci hissə də qonaqların diqtəsi altında keçib. 50-ci dəqiqədə qapıçı ilə təkbətək qalan Timo Verner üçüncü topu "Köln"ün qapısından keçirib. Beş dəqiqə sonra Antoni Modeste uzaq məsafədən baxımlı qola imza ataraq fərqi minimuma endirib. 57-ci dəqiqədə Dani Olmo oyunda son nöqtəni qoyub 2:4. Qyedə alınan nəticələrdən sonra "Bavariya" xallarının sayını 67-yə çatdıraraq liderliyi davam etdirir. Aktivində 60 xalı olan "Borussia Dortmund" yarış cədvəlində ikinci mövqedə qərarlaşıb. Keçirdiyi 29 görüşdən sonra 58 xal toplayan "Leypziq" üçüncüdür.

Borussia Münhenqladbax - Union Berlin 4:1

Herta - Auqsburq 2:0

Verder - Ayntraxt 1:2

Paderborn - Borussia Dortmund 1:6

Frayburq - Bayer Leverkuzen 0:1

Şalke - Verder 0:1

Maytz - Hoffenhaym 0:1

Bavariya - Fortuna Düsseldorf 5:0

Köln - Leypziq 2:4

Pərvin Bayramov.

  • 02 iyun 22:06
  • 330

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search