Bundesliqanın 27-ci turuna cümə günü "Herta" və "Union Berlin" matçı ilə start verilib. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın ikinci hissəsində meydan sahibləri rəqibin qapısından 4 cavabsız top keçirib. Ötən tur səfərdə "Verder" üzərində inamlı qələbə qazanan "Bayer" bu turda qonaq olduğu "Borussia Münhenqladbax komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Son illərin dəyişilməz çempionu "Bavariya" "Alyans Arena"da qəbul etdiyi "Ayntraxt" komandasına 5:2 hesabı ilə qalib gələrək ilk dövrədəki 1:5 hesablı acınacaqlı məğlubiyyətin əvəzini çıxdığını deyə bilərik. Qarşılıqlı qolların vurulduğu "Paderborn" - "Hoffenhaym" matçında qalib müəyyən olunmayıb 1:1. Gənc mütəxəsis Yulian Nagelsman'ın çalışdırdığı "Leypziq" komandası səfərdə qarşılaşdığı "Mayntz"ın qapısından 5 cavabsız top keçirərək meydana çıxmağa peşiman edib. "Auqsburq" çətin "Helzenkirhen" səfərinə çıxsa da, meydanı üç xalla tərk edib. 3:0 hesabı iə qələbə qazanan Heiko Herlik'in komandası xallarının sayını 30-a çatdıraraq yarış cədvəlində 12-ci pilləyə yüksəliblər. Ötən tur evində "Şalke"yə 4:0 hesabı ilə qalib gələn "Borussia Dortmund" komandası "Volfsburq" səfərinə yollanmışdı. Dortmund komandasının nisbi üstünlüyü şəraitində keçən ilk hissədə hesab görüşün 32-ci dəqiqəsində açılıb. Torqan Hazard'ın sağ cinahdan ötürməsindən sonra Rafael Gerrero topu qapıdan keçirərək qonaq komandanı hesabda önə çıxarıb.Tərəflər fasiləyə "Borussia Dortmund"un minimal hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissədə təşəbbüsü əldən verməyən Lüsyen Favr'ın öyrənciləri 78-ci dəqiqədə Hakimi'nin vurduğu qolla fərqi iki topa çatdırıblar. Görüşün qalan dəqiqələrində qapılara başqa qol vurulmayıb. Bu qələbə sayəsində xallarının sayını 57-yə yüksəldən "Borussia Dortmund" ikinci mövqedəki yerini qoruyub. Turun qapanış matçında "Köln" və "Fortuna Düsseldorf" komandaları üz-üzə gəlib. Matç məhsuldar heç-heçə ilə yekunlaşıb 2:2.
Herta - Union Berlin 4:0
Frayburq - Verder 0:1
Paderborn - Hoffenhaym 1:1
Mayntz - Leypziq 0:5
Bavariya - Ayntraxt 5:2
Borussia Münhenqladbax - Bayer 1:3
Volfsburq - Borussia Dortmund 0:2
Köln - Fortuna Düsseldorf 2:2
Şalke - Auqsburq 0:3
