"Atletik Bilbao" komandasının 39 yaşlı forvardı Aritz Aduriz professional futbolçu kariyerasını başa vurduğunu açıqlayıb. Kariyerası boyu 780 rəsmi matça çıxan Aduriz 285 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. O həmçinin "İspaniya" yığmasının heyətində 13 oyuna 2 qol vurub.