"Bavariya" liderliyini davam etdirir

18 may 2020 - 21:05

Bundesliqada 26-cı turun görüşləri keçirilib. "Frayburq" çətin "Leypziq" səfərinə çıxsa da, 1:1 hesablı heç-heçəyə nail olub. "Rur" derbisində "Borussia Dortmund" "Şalke" komandasına böyükhesabla qalib gəlib 4:0. Son illər ölkə çempionatında hegemonluq edən "Bavariya" səfərdə "Union Berlin" komandasını Robert Levandovski və Benjamin Pavard'ın qollarıyla 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Köln" - "Mayntz" görüşü məhsuldar heç-heçəylə yekunlaşıb 2:2. "Hoffenhaym" - "Herta" matçında ikincilər qələbəni bayram edən tərəf olub 0:3. "Ayntraxt" doğma meydanda bu mövsüm stabil çıxışı ilə diqqət çəkən "Borussia Münhenqladbax" komandasını qəbul edib. Matçın 1-ci dəqiqəsində fərqlənən Alessan Plea qonaqları hesabda önə çıxarıb 0:1. Vurulan qolun şokundan ayılmamış "Frankfurt" təmsilçisi 7-ci dəqiqədə qapısında daha bir qol görüb. Lilian Türam'ın oğlu Markus Türam adını tabloya yazdıran futbolçu olub. İkinci hissədə hesabda geri düşən meydan sahibləri hücumlarının kəsərini artırsalarda növbəti qolda "Ayntraxt" komandasının qapısına vurulub. Penalti zərbəsini dəqiq yerinə yetirən Remi Bensabaini 73-cü dəqiqədə fərqi üç topa çatdırıb. Qeyd edək ki bu Remi Bensabaini'nin cari çempionatda vurduğu 5-ci qol olub. Ev sahibi "Ayntraxt" komandası matçın bitiminə 9 dəqiqə qalmış hesab arasındakı fərqi iki topa çatdırsalarda bunnan artığına onların gücü yetməyib. 3:1 hesabı ilə inamlı qələbə qazanan "Borussia Münhenqladbax" xallarının sayını 52-yə çatdıraraq yarış cədvəlində üçüncü pilləyə yülsəlməyə müvəffəq olublar. Düsseldorf şəhərində keçirilən "Fortuna Düsseldorf" - "Paderborn" matçında qol səsi çıxmayıb. "Auqburq" səfərinə yollanan "Volfsburq" rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Tura bu gün keçiriləcək "Verder" - Bayer Leverkuzen" matçı ilə yekun vurulacaq. 

Borussia Dortmund - Şalke 4:0

Ayntraxt - Borussia Münhenqladbax 1:3

Köln - Mayntz 2:2

Hoffenhaym - Herta 0:3

Leypziq - Frayburq 1:1

Fortuna Düsseldorf - Paderborn 0:0

Auqsburq - Volfsburq 1:2

Union Berlin - Bavariya 0:2

  • 18 may 21:05
  • 194
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search