"Rur" derbisində sevinən tərəf "Borussia Dortmund" komandası olub

16 may 2020 - 20:39

Tamaşaçısız keçən Rur derbisində meydan sahibi "Borussia Dortmund" komandası görüşün favoriti hesab olunurdu. Oyuna fəal başlayan sarı-qaralar 29-cu dəqiqədə Erling Holand'ın qolu sayəsində hesabda önə keçiblər. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə fərq iki topa çatıb. Portuqaliyalı futbolçu Rafael Gerrero adını tabloya yazdırıb. İkinci hissədə də inamlı təsir bağışlayan meydan sahibləri 48-ci dəqiqədə Torqan Hazard'ın qarşısıalınmaz zərbəsi ilə hesabı 3:0-a çatdırıblar. Lakin bu qol görüşdə sonuncu olmayıb. 63-cü dəqiqədə Erling Holand'dan ötürmə alan Rafael Gerrero dublunu rəsmiləşdirərək komandasının böyükhesablı qələbə qazanmasında önəmli pay sahibi olub. Bu qələbə sayəsidə xallarının sayını 54-ə çatdıran Lüsyen Favrı'n yetirmələri yarış cədvəlində ikinci pilləyə yüksəliblər.

  • 16 may 20:39
  • 211
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search