Tacikistanda yeni mövsüm başlanıb

09 aprel 2020 - 11:19

Tacikistan çempionatında ilk turun oyunları keçirilib. 10 komandanın mübarizə apardığı çempionatın birinci turu məhsuldarlığı ilə yadda qalıb.Qızıl medalların əsas favoriti hesab olunan "İstiqlal Düşənbə" səfərdə  "Düşənbə 83" komandasına 7:0 hesabı ilə qalib gəlməklə elə ilk turdan iddiasını ortaya qoyub. "ÇSKA Pomir" - "Kujand" matçında da qonaq komanda qələbəni bayram edən tərəf olub 3:1. "Katlon" - "İstavarşan" görüşü 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Kuktos" - "Reqar Tadaz görüşündə qapılara qol vurulmayıb. "Lokomotiv Pamir" - "Faizkand" oyunu məhsuldar heç-heçə ilə yekunlaşıb 2:2.

"Düşənbə 83" - "İstiqlal Düşənbə" 0:7

"ÇSKA Pomir" - "Kujand" 1:3

"Katlon" - "İstavarşan" 2:1

"Kuktos" - "Reqar Tedaz" 0:0

"Lokomotiv Pamir" - "Faizkand" 2:2

 

  • 09 aprel 11:19
  • 285

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search