Legioner həyatı yaşayan voleybolçularımız Marqarita Əzizova və Yuliya Kərimova karantinə götürülüblər

01 aprel 2020 - 20:41

Ölkə xaricində çıxış edən milli komandamızın voleybolçuları Marqarita Əzizova və Yuliya Kərimova koronavirus pandemiyası səbəbiylə karantinə alınıblar. Polşanın "Radomka" komandasında legioner həyatı yaşayan Marqarita Əzizova'nın sözlərinə görə səhhətində hər hansı bir problem yoxdur. Legioner həyatı yaşayan millimizin digər üzvü İsrailin "Makkabi Hayfa" komandasının formasını geyinən Yuliya Kərimova da vətənə qayıtdıqdan sonra karantindədir. Analizin cavablarını gözləyən 35 yaşlı liberomuz hər şey qaydasında olacağı təqdirdə bir neçə günə evə buraxılacaq.

  • 01 aprel 20:41
  • 292

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search