Avropa Liqası 1/8 final mərhələsi

13 mart 2020 - 12:39

Avropa Liqasında 1/8 final mərhələsinin görüşləri keçirilib. "Lask Linz" doğma meydanda "Mançester Yunayted" komandasını qəbul edib. Görüşün favoriti sayılan "Qırmızı Şeytanlar" 5:0 hesabı ilə qələbə qazanıb. "Olimpiakos" - "Vulverhempton" matçı 1:1 hesabı ilə bərabərə sonuclanıb. 1/8 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıran "Şaxtyor" 1/4 final mrhələsinin ilk qarşılaşmasında "Volfsburq"u səfərdə 2:1 hesabı ilə məğlub etməklə yarımfinala bir addım daha öndə görünür. "Qlazqo Reyncers" - "Bayer" görüşü 3:1 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. "Olimpiakos" doğma meydanda "Vulverhempton" komandasının müqavimətini qıra bilməyib 1:1. Azarkeşsiz keçirilən "Ayntraxt" - "Bazel" matçında İsveçrə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb. "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" qarşılaşmaları Koronovirus Epidemiyası səbəbiylə təxirə salınıb. Türkiyə təmsilçisi "İstanbul Başakşəhər" evində "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gəlib.

Lask Linz - Mançester Yunayted 0:5

Qlazqo Reyncers - Bayer Leverkuzen 1:3

Olimpiakos - Vulverhempton 1:1

Ayntraxt - Bazel 0:3

Volfsburq - Şaxtyor 1:2

İstanbul Başakşəhər - Kopenhagen 1:0

  • 13 mart 12:39
  • 370
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search