Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri keçirilib

28 fevral 2020 - 12:25

Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Turnirin favoritləri sırasında adı çəkilən "Arsenal" komandası gözlənilmədən "Olimpiakos"a məğlub olaraq mübarizədən kənarlaşıb. Altı qolun vurulduğu Benfika - Şaxtyor matçında məhsuldar heç-heçə qeydə alınıb 3:3. İlk görüşdə 2:1 hesabı qələbə qazanan Ukrayna təmsilçisi növbəti mərhələyə adlayan tərəf olub. "Sevilya" evində "Kluj" komandası ilə qolsuz bərabərə qalıb. "Reyncers" səfərdə minimal hesabla Portuqaliyanın "Braqa" komandasından üstün olub. Çempionlar Liqasının qrup mərhələsini adlaya bilməyən "Ayaks" Avropa Liqasında da iki oyunun nəticəsinə görə uğursuz nəticə göstərərək mübarizən erkən kənarlaşıb. "Gent" - "Roma" oyunu 1:1 hesabı ilə bərabərə sonuclanıb. Növbəti mərhələ İtaliya klomandası yüksəlib. Almaniya təmsilçisi "Volfsburq" komandası çətinlik çəkmədən "Malmö" komandasının öhdəsindən gəlib. 

  • 28 fevral 12:25
  • 306
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search