Avropa Liqasında 1/16 final mərhələsinin ilk görüşləri keçirilib

21 fevral 2020 - 13:38

Avropa Liqasında 1/16 final mərhələsinin görüşləri keçirilib. Türkiyənin mötəbər turnirdə yeganə təmsilçisi olaraq 1/16 final mərhələsinə vəsiqə qazanan "İstanbul Başakşəhər" komandası səfərdə "Sportinq"ə 1:3 hesabı ilə məğlub olub. Turnirin əsas favoritlərindən biri hesab olunan "Mançester Yunayted" Belçikada "Brügge"nin qonağı olub. Görüş 1:1 hesabı ilə bərabərə sonuclanıb. "Xetafe" doğma meydanda ötən mövsüm Çempionlar Liqasında xarüqələr yaadan "Ayaks"dan güclü olub 2:0. "Roma" doğma meydanda Karles Peres'in vurduğu yeganə qol sayəsində "Gent"i məğlubiyyətə uğradıb. "Alkmaar" - "Lask" matçında qalib müəyyən olunmayıb 1:1. Beş qolun vurulduğu "Reyncers" - "Braqa" matçında meydan sahibəri sevinən tərəf olub 3:2. "Olimpiakos" - "Arsenal" oyununda qonaqlar 1:0 hesabı ilə qələbə qazanıblar. "Bazel" səfərdə "Apoel" komandasının qapısından 3 cavabsız top keçirib. "Kluj" doğma meydanda "Sevilya"nın müqavimətini qıra bilməyib. Görüş 1:1  hesabı ilə başa çatıb. "Ludoqorets" - "İnter" görüşünün ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə hücumlarının kəsərini artıran "Neradzurri" Eriksen və Lukaku'nun qolları sayəsində 2:0 hesabı ilə qələbə qazanıblar.

  • 21 fevral 13:38
  • 315

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search