Bundesliqa 18-ci tur

20 yanvar 2020 - 14:31

Almaniya Bundesliqasında ikinci dövrənin oyunlarına start verilib. Yarış cədvəlinə başçılıq edən "Leipziq" doğma meydanda "Union Berlin" komandasından güclü olub 3:1. Səkkiz qolun vurulduğu "Auqsburq" - "Borussia Dortmund" qarşılaşmasında qonaq komanda 5:3 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, Dortmund klubunun yeni transferi Erling Haaland het-trik etməklə komandasının qəələb qazanmasında önəmli pay sahibi olub. "Bavariya" səfərdə "Herta"nı 4:0 hesabı ilə darmadağın edib. "Şalke" - "Borussia Münhenqladbax" matçı 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. "Köln" evində "Volfsburq"dan güclü olub 3:1. Bu mövsüm enişli-yoxuşlu qrafik cızan "Hoffenhaym" turu məğlubiyyətlə başa vurub. Turun qapanış matçında debütant "Paderborn" "Bayer" komandası il üz-üzə gəlib. Görüş 4:1 hesabı ilə Leverkuzen təmsilçisinin qələbəsi ilə sonuclanıb.

  • 20 yanvar 14:31
  • 277

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search