Cim-bom "Antalyaspor"a futbol dərsi keçib

29 dekabr 2019 - 12:30

"Mövsümə" o qədərdə yaxşı başlamayan "Qalatasaray" ölkə çempionatınn 17-ci turunda "Antalyaspor" komandası ilə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində Falkao penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. Buraxılan qolun şokundan ayılmamış qonaqlar qapısında daha bir qol görüblər. Falkao dubl edərək fərqi iki topa çatdırıb. Fasiləyə səkkiz dəqiqə qalmış topu uzaqlaşdırmaq istəyən Çelustka avtoqol müəllifi olub 3:0. İkinci hissədə meydan sahiblərinin diqtəsi altında keçib. 82-ci dəqiqədə fərqlənən Babel hesabı 4:0 edib. Oyunda son nöqtəni gənc futbolçu Taylan qoyub 5:0. Bu qələb sayəsində "Qalatasaray" xallarının sayını 27-yə çatdıraraq yarış cədvəlində 6-cı mövqedə qərarlaşıb.

  • 29 dekabr 12:30
  • 305

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search