“Qarabağ”ın son oyununun vaxtı dəyişdirildi

01 iyul 2019 - 20:55

SPORTTEAM/ “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı dəyişdirilib. Ağdam klubunun Çexiya təmsilçisi “Viktoriya" (Plzen) ilə qarşılaşmasının iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacağı bildirilsə də, sonradan matçın 1 saat tez başlamasına qərar verilib. “Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, oyun saat 19-da start götürəcək.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri son olaraq Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib. 

  • 01 iyul 20:55
  • 779

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search