AVRO-2020'nin seçmə mərhələsində növbəti turun oyunları keçirilir

11 oktyabr 2019 - 11:49

AVRO-2020'nin seçmə mərhələsində növbəti turun oyunları keçirilir. C qrupunda mübarizə aparan "Belarus" millisi doğma meydanda "Estoniya" yığma komandasını qəbul edib. Görüşdə hər iki tərəfin cəhdlərinə baxmayaraq qol səsi çıxmayıb. Qrupun digər matçı daha maraqlı və gərgin mübarizə şəraitində keçib. Rotterdam'da "Şimali İrlandiya" millisini qəbul edən "Hollandiya" seçməsi 3 xalı 3 vurulan qolla əldə edib. Hərçənd görüş heçdə Ronald Kuman'ın yetirmələri üçün asan keçməyib. İlk hissədə meydan sahibləri bir neçə dəfə fərqlənmək şansı əldə etsələr də qol vura bilməyiblər. Oyunun bitiminə 15 dəqiqə qalmış qonaq komandanın futbolçusu Coş Magennis fərqlənərək komandasını hesabda önə çıxarıb 0:1. Meydan sahibləri 80-ci dəqiqədə Memfis Depay'ın qoluyla oyunda tarazlığı bərpa ediblər. Görüşə əlavə olunan dəqiqələrdə daha iki qol vuran Hollandlar önəmli qələbə  qazanıblar. Millimizin mübarizə apardığı E qrupunda da iki qarşılaşma keçirilib. Ötən tur Bakıda xal itkisinə məruz qalan "Xorvatiya" millisi bu turda Macarlara heç bir şans verməyib 3:0. Slovakiya - Uels görüşü 1:1 hesabı ilə bərabərə yekunlaşıb. G qrupunun lideri "Polşa" çətinlik çəkmədən "Latviya"ya 3:0 hesabı ilə qalib gəlib. "Polşa" millisinin hər üç qoluna Robert Levandovski imza atıb. Qrupda keçirilən digər iki qarşılaşmada isə meydan sahibləri qələbəni bayram edən tərəf olub. "Avstriya" "İsrael"i 3:1 "Şimali Makedoniya" isə "Sloveniya" yığmasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. İ qrupunda da üç görüş keçirilib. Keçirdiyi 6 görüşdən sonra maksimum xal toplayan "Belçika" millisi bu turu da 3 xalla başa vurub. "Qırmızı Şeytanlar" "San Marino" yığmasının qapısından 9 cavabsız top keçirib. Rusiya - Şotandiya matçında da böyükhesablı nəticə qeydə alınıb. 4:0 hesabı ilə qələbə qazanan "Rusiya" millisi xallarının sayını 18-ə çatdıraraq ikinci sıradakı mövqeyini qoruyub. Qrupun digər matçında "Qazaxıstan" yığması gözlənilmədən "Kipr" seçmə komandasına 1:2 hesabı ilə məğlub olub.

  • 11 oktyabr 11:49
  • 268

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search