Güllə atıcılığı idmanı növü üzrə Paralimpiya Milli Komandası Dünya çempionatı öncəsi Qəbələ şəhərində təlim məşq toplantısı keçirir.

17 sentyabr 2019 - 12:07

 

Güllə atıcılığı idmanı növü üzrə Paralimpiya Milli Komandası Dünya çempionatı öncəsi Qəbələ şəhərində təlim məşq toplantısı keçirir.

Azərbaycanın Güllə Atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandası bu gündən etibarən Qəbələ şəhərində yerləşən atıcılıq kompleksində təlim-məşqlərə başlamışdır. Təlim-məşq toplantısı 16 gün davam edəcək.
Bu təlim məşq toplantısı oktyabr ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır.
Qeyd edək ki, Unibank 2018-ci ildən başlayaraq güllə atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandasına dəstək verir. Qəbələdə keçirilən təlim məşq toplantısı və Avstraliyanın Sidney şəhərində keçiriləcək dünya çempionatında idmançılarımızın iştirakı Unibankın maliyyə dəstəyi ilə həyata keçirilir.

  • 17 sentyabr 12:07
  • 327
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search