Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı baş tutacaq.
Sportteam.az xəbər verir ki, Kür çayının iki sahili arasında gerçəkləşəcək yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Mingəçevir şəhərində, Kür çayında növbəti dəfə keçiriləcək turnir peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.