Gənclərdən ibarət yığma komandamız Ukraynaya yollanıb

20 avqust 2019 - 15:51

Bu gün gənclərdən ibarət yığma komandamız Ukraynaya yollanıb. 
Xarkov şəhərində bir neçə komanda arasında təşkil olunan təlim-məşqlərə dəvət alan millimiz 14 idmançı ilə təmsil olunacaq.
Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov'un rəhbərlik etdiyi gənclər millisinin üzvlərindən Riyad Şirəliyev (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Kənan Mahmudov (59 kq), Pirəli Cəfərli (73 kq), Taleh Süleymanov (78kq), Vüsal Balaqadaşov (78 kq yuxarı), Səidə Əliyeva (42 kq), Ofelya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq), Qönçə Hüseynli (55 kq) məşqlərdə iştirak edəcək. 
On gün davam edəcək məşqlərin sonunda taekvondoçularımız digər ölkələri təmsil edən idmançılar ilə qüvvələrini sınayacaq.

  • 20 avqust 15:51
  • 241

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search