Əlcəzair yığmasının məşqçisi məlum oldu

29 fevral 2024 - 18:47

Futbol üzrə Əlcəzair millisinin yeni baş məşqçisi müəyyən olunub.

Sportteam.az komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Vladimir Petkoviç gətirilib.

60 yaşlı bosniyalı mütəxəssisin son iş yeri 2022-ci ilin fevralında ayrıldığı Fransa təmsilçisi "Bordo" olub. Petkoviç daha əvvəl digər klublarda və İsveçrə millisində çalışıb.

Qeyd edək ki, Əlcəzair yığması yanvarda keçirilən Afrika Millətlər Kubokunda uğursuz çıxış edib. Komanda Anqola, Burkina Faso və Mavritaniya ilə görüşlərdə 2 xal toplayaraq qrupdan çıxa bilməyib.

  • 29 fevral 18:47
  • 88

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search