“Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək

22 dekabr 2023 - 16:18

“Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Sportteam.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.

2024-cü il yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələ ki bəlli deyil.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

  • 22 dekabr 16:18
  • 113

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search