Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Sportteam.az-ın məlumatına görə, 2023-cü ilin son turunun ilk qarşılaşması Qəbələdə keçirilib.
Şəhərin eyni adlı komandası “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən hər iki komandanın matçında meyan sahibləri minimal hesablı qələbəyə sevinib. Qonaqların heyətində Anatoli Nuriyev ikinci hissədə penaltini qola çevirə bilməyib.
Bununla da sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də keçiriləcək.