18-ci turun açılış matçında qalib müəyyənləşmədi

22 dekabr 2023 - 07:40

İngiltərə Premyer Liqasında 18-ci turun oyunlarına start verilib.

Turun açılış matçı Londonda baş tutub. Burada "Kristal Pelas" "Brayton"u qəbul edib. İlk hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

Cordan Ayev 45-ci dəqiqədə adını tabloya yazdıran futbolçu olub. İkinci hissədə hücumlarının kəsərini artıran qonaq komanda görüşün bitiminə 8 dəqiqə qalmış Denni Uelbekkin qoluyla hesabı bərabərləşdirməyə müvəffəq olub.

  • 22 dekabr 07:40
  • 179

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search