"Qırmızı Şeytanlar" 16 il klubda işləyən icraçı direktorla vidalaşıb

15 noyabr 2023 - 21:14

İngiltərənin "Mançester Yunayted" klubu icraçı direktoru Riçard Arnoldla yollarını ayırıb.

Sportteam.az "qırmızı-şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, funksioner öz istəyi ilə bu postu tərk edib.

Baş məsləhətçi Patrik Stüart müvəqqəti olaraq bu vəzifəni də icra edəcək. Arnold dekabrın sonuna qədər kluba dəstək olacaq.

Qeyd edək ki, Riçard Arnold 16 il "Mançester Yunayted"də işləyib.

  • 15 noyabr 21:14
  • 16

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search