"Fənərbağça"nın ardından "Qalatasaray"a da dur deyən oldu.
Türkiyə Superliqasında 12-ci turun oyunlarına yekun vurulub. Son çempion "Qalatasaray" səfərdə milimizin futbolçusu Renat Dadaşov'un çıxış etdiyi "Hatayspor"un qonağı olub. Görüş 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu Okan Buruk'un komandasının cari çempionatda ilk məğlubiyyəti oldu.
Ötən tur eyni aqibəti yaşayan "Fənərbağça" qonaq meydanda "Adana Demirspor"la qarşılaşıb. Görüşdə qol səsi eşidilməyib.
Məşqçi dəyişikliyinə gedən "Beşiktaş" doğma meydanda "İstanbul Başakşəhər"ə minimal hesabla qalib gəlib.
Eyni hesab "Pendikspor" - "Samsunspor" matçında da qeydə alınıb. Burada da meydandan 3 xalla ayrılan tərəf birincilər olub.
Yeddi qolun qeydə alındığı "Kasımpaşa" - "Kayserispor" görüşündə qonaq komandanın 4:3 hesablı qələbəsi qeydə alınıb.
"Fatih Karagümrük" doğma meydanda "Sivasspor"un qapısından 3 cavabsız top keçirib.
Conco Şelvi'nin yeganə qolu "Rizespor"a "İstanbulspor" üzərində minimal hesablə qələbə gətirib.
"Alanyaspor" evində "Qaziantep"ə 0:3 hesabı yenilib.
Qeydə alınan nəticələrədn sonra aktivində 31 xalı olan "Qalatasaray" və "Fənərbağça" müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər. İlk üçlüyü aktivində 22 xalı olan "Adana Demirspor" komandası qapıyır.