"Araz-Naxçıvan "Dalğa Arena"da "Kəpəz"ə məğlub oldu

10 noyabr 2023 - 21:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Sportteam.az-ın məlumatına görə, açılış matçında "Araz-Naxçıvan" və "Kəpəz" üz-üzə gəliblər.

"Dalğa Arena"da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. "Kəpəz"in heyətində 75-ci dəqiqədə Adama Niane fərqlənib.

Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qalıb. Xallarının sayını 9-a çatdıran Gəncə klubu isə sonuncu - 10-cu yeri tərk edərək 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, XIII turun digər görüşləri noyabrın 11-12-də keçiriləcək.

  • 10 noyabr 21:07
  • 32

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search